Avtomat saxlayan Kürdəmir sakini haqda həbs qətimkan tədbiri seçilib. Bu barədə Trend dekabrın 25-də məlumat yayıb.
Məlumata əsasən, Kürdəmirdə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən Xırdapay kənd sakini həmin kənd ərazisində saxlanılıb. Daha sonra onun Sor-sor kəndində odlu silah gizlətdiyi müəyyən edilib.
Nəticədə atəşə yararlı vəziyyətdə olan AK-74 markalı “Kalaşnikov” aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.