Cari ilin ilk 2 ayı ərzində Kürdəmir rayonunda 1 464 ton ət istehsal edilib. Bu barədə Rayon Statistika İdarəsinə istinadən 12 mart tarixində Azərtac məlumat verib.
Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə süd istehsalı 357 ton artaraq 7 373 ton təşkil edib. Həmçinin yumurta istehsalı 73 min ədəd artıb və 3 milyon 178 min ədəd təşkil edib.