Kürdəmirin Ərəbqubalı kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən üç nəfər saxlanılıb. Bu barədə yanvarın 5-də DİN-dən məlumat verilib.
Onlardan 3 ədəd müvafiq sənədləri olmayan ov silahı və qanunsuz olaraq ovlanmış 4 ədəd dovşan aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.