Kürdəmir rayonu Atakişili kənd sakini sərxoş vəziyyətdə su kanalına düşərək boğulub. Bu haqda dekabrın 16-da Report məlumat paylaşıb.
Məlumata əsasən, 56 yaşlı vətəndaş ehtiyatsızlıqdan su kanalına düşüb və orada köməksiz vəziyyətdə qalaraq dünyasını dəyişib.
Onun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma davam edir.