Kürdəmirdə yol-nəqliyyat hadisəsi nəticəsində 10 nəfər xəsarət alıb. Bu haqda noyabrın 27-də APA məlumat yayıb.
Mercedes markalı mikroavtobus idarəetmədən çıxaraq yol kənarındakı beton lövhəyə çırpılıb.
Xəsarət alanlar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.