Son zamanlar ölkədə bir çox kafe və restoranlarda yekun hesabın üzərinə “xidmət haqqı” adı altında ümumi məbləğin 5-10%-i əlavə edilir. Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Trend-ə açıqlama verib.
Belə ki, onun fikrincə, servis xidmətinə görə ödəniş tələb edilməsinin qanuni bir əsası yoxdur və bu pullar vergidən yayındırılır.
“Dünyanın bütün ölkələrində istehlakçılara yaxşı xidmət göstərildiyində və müştəri xidmətdən razı olduğunda özü ofisianta əlavə ödəniş edə bilər”, - deyə qurumun rəsmisi vurğulayıb.
O, həmçinin əlavə edib ki, “xidmət haqqı” tələb etmək qanuna zidd deyil, lakin istehlakçı xidmətə görə ödəniş etmirsə, buna görə də heç bir inzibati məsuliyyət daşımır.