Sabunçu rayonu Ramana qəsəbəsində həyata keçirilmiş tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb. Bu barədə 14 aprel tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Məlumata əsasən, əvvəllər dəfələrlə məhkum olunmuş şəxs saxlanılıb və onun əlindəki idman çantasına baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 30 ədəd patron və daraq aşkar edilərək götürülüb.
Bildirilib ki, sözügedən şəxs odlu silah-sursatı bir müddət əvvəl tapdığını, polisə təhvil verməyərək satmaq məqsədi ilə gizlətdiyini söyləyib.
Faktla bağlı araşdırma davam edir.