Bu il ərzində Kəlbəcər rayonunda yaşayış məntəqələrinin əraziləri üzrə ümumilikdə 1105,19 hektar ərazinin təmizlənməsi nəzərdə tutulub. Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini deyib.
Bu barədə 7 sentyabr tarixində Report xəbər verir.
Cari ilin 8 ayında rayon üzrə 653,46 hektar (59,1 %) ərazi minalardan təmizlənib.
2022-ci ildə isə yaşayış məntəqələrinin minalardan təmizlənməsi istiqamətində 983,71 hektar ərazidə işlər görülüb.