Rusiyanın Kamçatka diyarının Berinq adasının sahilində 6,1 maqnitudalı zəlzələ olub. Bu barədə Report 12 sentyabr tarixində xəbər verib.
“Zəlzələnin maqnitudası – 6,1”, - məlumatda qeyd olunub.
Seysmoloji hadisənin episentri adadakı Nikolskoye kəndindən 40 km aralıda, Sakit okeanda olub. 2023-cü ilin məlumatına görə, adanın əhalisi 624 nəfərdir.
Təbiət hadisəsi kənddə hiss olunub: sakinlər güclü silkələnmədən evlərini tərk etməli olublar.