"Kapital Bank" adından vətəndaşlara bank kartları ilə bağlı sorğu göndərən şəxslər saxlanılıb. Bu barədə oktyabrın 12-də DİN məlumat verib.
Vətəndaşlara qarşı dələduzluq əməlində şübhəli bilinən 4 nəfər müəyyən olunaraq saxlanılıb. Hazırda digərlərinin də müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.
Son bir ay ərzində "Kapital Bank" və "Paşa Bank" müştərilərinə 051 555 10 95 nömrəsindən SMS-lər gələrək təhlükəsizlik adı ilə vətəndaşların kartlarının kod və bank nömrələri tələb olunurdu. Bu şəkildə kartda olan vəsaitlər oğurlanırdı.