Amnistiya Aktı pandemiya ilə əlaqədar məsuliyyətə cəlb edilən şəxslərə şamil edilməyəcək. Bu barədə noyabrın 12-də Ədliyyə Nazirliyindən bildirilib.
Cinayət Məcəlləsinə əsasən, karantin rejiminin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda 2500 manatdan 5000 manatadək və ya 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər insan ölümünə səbəb olduqda 5 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.