Kazan hava limanı müvəqqəti olaraq təyyarələri qəbul etmir və yola salmır.
İnsanoid.com Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artyom Korenyako məlumat verib.
"Bu tədbir mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib. Hava gəmilərinin ekipajları, aviasiya dispetçerləri və hava limanı xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görürlər", - məlumatda qeyd olunub.
Qeyd edək ki, Rusiyanın Müdafiə Nazirliyi tərəfindən verilən məlumata görə, bu gün səhər saatlarında Ukrayna ordusuna məxsus 8 dronla Kazana hücum olunub.