Ağcabədidə keçmiş arvadını və qayınatasını öldürmək istəyən İlhamiz Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bu haqda APA aprelin 15-də xəbər yayıb.
Ötən il dekabrın 9-u saat 14 radələrində rayonun Ağabəyli kəndində yaşayan 37 yaşlı Aynurə Cəfərovaya və atası 63 yaşlı Azim Hüsiyevə bıçaqla xəsarətlər yetirilmişdir.
Araşdırmalarla 39 yaşlı İ. Cəfərovun mübahisə zamanı keçmiş arvadı
A. Cəfərovanı və onun atası A. Hüsiyevi qəsdən öldürməyə cəhd etməsi müəyyən edilib.
İlhamiz Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.