Şəkinin Fuad Abdurəhmanov küçəsində bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə aprelin 10-da Fövqəladə Hallar Nazirliyi məlumat paylaşıb.
32 yaşlı şəxsin idarə etdiyi "Niva" markalı avtomobil 27 yaşlı sürücünün "Mercedes" markalı avtomobili ilə toqquşub. Daha sonra isə avtomobillər yolun kənarında dayanan "Hyundai" markalı avtomobilə çırpılıb. Nəticədə “Niva”nın sürücüsü xəsarət alıb. O, xəstəxanaya çatdırılıb. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilib.
Faktla bağlı araşdırma davam edir.