İki və daha artıq yerdə çalışan şəxslərin icbari tibbi sığorta haqqı hər iş yeri üzrə tutulur. Bu barədə 16 mart tarixində Apa İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və tədbirlər şöbəsinin müdiri Pərvin Baxşəliyevaya istinadən məlumat verib.
Onun sözlərinə görə, vətəndaşın fərqli yerlərdə rəsmi gəliri varsa, gəlirləri olan mənbələrdən sığorta haqqı tutulur.
“Belə vətəndaşlar da tibbi xidmətlərdən digər vətəndaşlar kimi istifadə edir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin sığorta haqqı ölkə üzrə minimum əməkhaqqının 1%-i həcmində müəyyənləşdirilib”, - deyə şöbə müdiri əlavə edib.