Uzunluğu 26 kilometr olan və 4 fərqli istiqamətləri özündə birləşdirən yürüş cığırlarının işarələnməsi başa çatdırılıb. Bu barədə 29 dekabr tarixində Dövlət Türizm Agentliyi məlumat verib.
Yuxarı Karvansaray ilə “Güllütəpə” adlanan ərazini birləşdirən qədim cığır yolu işarələnib və Xan Sarayı ilə Xan yaylağı və Qurcana şəlaləsini birləşdirən dağ marşrutu işarələnərək istifadəyə verilib.
Regionun digər dağ cığırları üzrə işlərin bundan sonra da davam etdirilməsi planlaşdırılır.