Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun maşın karvanında 7 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib. Bu barədə İnsanoid Türkiyə KİV-lərinə istinadən bu gün, 5 avqust tarixində xəbər verib.
Türkiyənin Ərzincan-Tunceli yolunda jurnalistlərin olduğu mikroavtobusun toqquşması nəticəsində 2-si jurnalist olmaqla 4 nəfər xəsarət alıb.
CHP sədri Kamal Kılıçdaroğlu vətəndaşlarla görüşmək üçün bu gün Ərzincana səfərə gedib.