Əfsanəvi rok qrupu “Kiss”**in solisti **Pol Eys Freyli 74 yaşında dünyasını dəyişib.
“Variety” nəşrinin məlumatına görə, musiqiçi oktyabrın 16-da, keçən ay studiya qəzası zamanı aldığı xəsarətlər nəticəsində vəfat edib.
Məlumata əsasən, Freyli yıxıldıqdan sonra beyin qanaması keçirib və səhhətinin pisləşməsi səbəbindən bütün konsert proqramlarını ləğv edib.
Rok musiqisinin simvollarından sayılan Pol Eys Freyli, “Kiss” qrupunun səhnə enerjisi və unikal gitara ifası ilə milyonlarla pərəstişkarın yaddaşında qalacaq.