Ermənistanın baş naziri Nikol Paşinyan Yerevanın Kanaker-Zeytun inzibati rayonunda yaşayan bir qohumunun evini ziyarət edib. İnsanoid Ermənistan mətbuatına istinadən xəbər verir ki, ziyarət zamanı, evdə yaşayan birinin sözlərinə görə, digər bir sakin çoxmərtəbəli binanın pəncərəsindən Nikol Paşinyana alma atıb.
Hüquq-mühafizə orqanları binada axtarış aparıblar.
Ermənistan Daxili İşlər Nazirliyi hər hansı bir şərh verməkdən imtina edib.