Təcili yardım şöbələrində müdaxilə otaqları yaradılıb. Bu haqda dekabrın 17-də Kliniki Tibbi Mərkəzin direktoru deyib.
Direktorun sözlərinə görə, hazırda bəzi xəstəxana binalarının quruluşu təcili yardımla bağlı icbari tibbi sığortanın tətbiqinə imkan vermir.
“Kliniki Tibbi Mərkəzdə 1 000 kvadratmetr sahəni əhatə edən təcili yardım şöbəsi yaradılır. Gələcəkdə ÜST ilə birgə təcili yardım təbabətinin keçirilməsi üçün təlim mərkəzinin yaradılması nəzərdə tutulub”, - deyə direktor bildirib.