Klinik Tibbi Mərkəzin həyətində tanışını bıçaqlayan şəxs saxlanılıb. Bu barədə yanvarın 10-da Apa məlumat yayıb.
Hadisə ötən ilin dekabrın 23-də Nəsimi rayonu, M.Qasımov küçəsində qeydə alınıb. Bıçaqla xəsarət yetirib hadisə yerindən yayınan şəxs hüquq-mühafizə orqanının əməkdaşları tərəfindən tutulub.
Ona “qəsdən sağlamlığa zərər vurma” maddəsi ilə ittiham verilib.