Mikro, kiçik və orta sahibkarlar üçün elan edilmiş elm və dəstək layihələri üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə 200-ə yaxın müraciət daxil olub. Bu barədə Agentliyin sədri Orxan Məmmədov 20 dekabr tarixində öz Twitter səhifəsində məlumat verib.
Onun sözlərinə görə, marağın böyük olması ən yaxşı layihələrin maliyyələşdirilməsinə imkan verəcək. Layihənin nəticələri 2022-ci ilin fevral ayında açıqlanacaq.
#KOB-ların #elm və #dəstək layihələrinin maliyyələşdirilməsi üçün #KOBiA-nın elan etdiyi 2-ci qrant müsabiqəsinə 200-ə yaxın layihə təqdim olunub. Marağın böyük olması ən yaxşı layihələrin maliyyələşdirilməsinə imkan verəcək. Nəticələr 2022-ci ilin fevralında açıqlanacaqdır.
— Orkhan Mammadov (@MammadovOrkh) December 20, 2021