Kiçik və Orta Biznesin İnkişafı Agentlyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Qətərə səfər edərək görüşlərdə iştirak edib. Bu barədə 12 dekabr tarixində Agentliyin saytında məlumat verilib.
Görüşdə Ticarət və Sənaye Palatasının birinci vitse-prezidenti Məhəmməd bin Əhməd bin Tvar ilə sahibkarlar arasında əlaqələrin genişləndirilməsinə, KOB-ların ticarət əlaqələrinin inkişafı üçün yeni platformaların yaradılmasına dair fikir mübadiləsi aparılıb. Həmçinin Agentliyin nümayəndələri Qətərdə sahibkarlara dəstək üçün yaradılmış biznes inkubatorun fəaliyyəti ilə tanış olublar.