Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) Gürcüstan üzrə rezident nümayəndəsi Hiroyuki Mori ilə görüşüb. Bu barədə məlumat 25 dekabr tarixində KOBİA-nın rəsmi səhifəsində yayılıb.
Görüşdə əməkdaşlıq imkanlarına və KOB sahəsində birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.