İxrac ilə məşğul olan sahibkarlara "GS1 standartlarının rəqabət üstünlüyü və KOB subyektlərinin ixrac qabiliyyətinin təkmilləşdirilməsi" mövzusunda vebinar keçiriləcək. Bu barədə 18 dekabr tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat verib.
Təlim 20 dekabr tarixidnə saat 15:00-da keçiriləçək. Sahibkarlar vebinarda Qlobal Yerləşmə Nömrəsi və Nəqliyyat Qablaşdırmasının Seriya Nömrəsinin kodlaşdırma tələbləri və alınma qaydası barəsində məlumatlandırılacaqlar.
Vebinara qoşulmaq istəyənlər linkdən istifadə edə bilərlər.