Oktyabrın 7-dən ümumi orta ixtisas təhsili və tam orta təhsil bazası üzrə əlavə yerləşdirmədə uğur qazanan abituriyentlərin təhsil müəssisələrinə elektron qeydiyyatına start verilir. Bu haqda Təhsil Nazirliyi məlumat verib.
Müraciət üçün rel="nofollow">portal.edu.az saytına daxil olub “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.
Qeydiyyat prosesi 12 oktyabr saat 00:00 tarixinədək davam edəcək.