Sentyabrın 10-da 9 illik bazadan kolleclərə onlayn qeydiyyat başlayıb. Bu haqda sentyabrın 11-də Təhsil Nazirliyi məlumat verib.
Abituriyentlər portal.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat prosesi 22 sentyabr saat 23:59-da başa çatacaq.
Həmin müddət ərzində qeydiyyatdan keçməyən abituriyentlərin qəbul əmri ali məktəblərə göndərilməyəcək.