Kolleclərə qəbul olmaq üçün keçirilən imtahanların nəticələri açıqlanıb. Bu baradə Dövlət İmtahan Mərkəzi 8 sentyabr tarixində məlumat verib.
Nəticələrlə e-gov.az portalından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727-ə göndərməklə tanış olmaq olar.
Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada portal.edu.az platforması vasitəsilə aparılacaq. Qeydiyyatın vaxtı barədə məlumat gələcəkdə açıqlanacaq.
Müəyyən olunmuş vaxt ərzində qeydiyyatdan keçməmək abituriyentin imtina etməsi kimi qiymətləndiriləcək.