9 illik bazadan kolleclərin boş qalan yerlərinə müsabiqənin nəticələri açıqlanıb. Bu haqda Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 4-də məlumat yayıb.
Abituriyentlər nəticələrlə DİM-in saytından və ya “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.
Qəbul olunanların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq. Buraxılışı saytdan ödəniş etməklə əldə etmək olar.
Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyat portal.edu.az platforması vasitəsilə keçiriləcək. Qeydiyyat tarixləri hələ məlum deyil. Müəyyən olunmuş vaxt ərzində qeydiyyatdan keçməmək abituriyentin imtina etməsi kimi qiymətləndiriləcək.