Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar üçün qeydiyyat prosesi uzadılıb. Bu barədə İnsanoid Elm və Təhsil Nazirliyinə istinadən məlumat verir.
Müraciət üçün https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidməti seçilməlidir.
Qeydiyyatla bağlı 22 avqust saat 18:00-dək müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric olunacaqlar.