Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissəsində taktiki-xüsusi təlimlər keçirilib. Bu haqda məlumat dekabrın 28-də Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib.
Əldə edilən kəşfiyyat məlumatına əsasən şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi müəyyənləşdirilib. Təxribatın qarşısını almaq məqsədilə “Həyəcan” siqnalı ilə qaldırılan komandolar əməliyyat rayonu istiqamətində hərəkət ediblər.
Təlimin məqsədi şəxsi heyətin gündüz və gecə məhdud görmə şəraitində taktiki vərdişlərinin təkmilləşdirilməsi, Əməliyyat bölmələrinin döyüş qabiliyyətinin yüksəldilməsidir.