Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə peşə hazırlığı kursları başlayır. Bu barədə 8 sentyabr tarixində Dövlət Məşğulluq Agentliyi öz rəsmi səhifəsində məlumat yayıb.
Kurslar sahə üzrə tələbləri nəzərə alaraq:
Kurslar peşəkar müəllim-pedaqoji heyət tərəfindən tədris olunacaq. Peşə hazırlığı dövründə işsiz şəxslərə minimum aylıq əməkhaqqı məbləğində aylıq təqaüd ödəniləcək.
Kursları uğurla bitirən şəxslərə Agentlik tərəfindən sertifikat veriləcək və onların işlə təmin olunmasına dəstək göstəriləcək.
Peşə hazırlığına cəlb olunmaq istəyən şəxslər yaşadıqları ərazi üzrə Məşğulluq filialına və ya “DOST” Mərkəzlərinə müraciət edərək qeydiyyatdan keçə bilərlər.