Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti iyulun 26-sı gündüzədək davam edəcək. Bu barədə 25 iyul tarixində Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Məlumata görə, əsasən, dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan olacağı, dolu düşəcəyi ehtimalı var.
İyulun 26-sı gündüzdən yağıntıların tədricən kəsiləcəyi, 27-si əksər rayonlarda havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir.