Laçında keçirilən Quru Qoşunlarının komanda-qərargah təlimi davam edir. Müdafiə naziri Zakir Həsənov təlimin gedişatını izləyib. Bu barədə oktyabrın 23-də Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimin əsas məqsədi komandirlərin bilik səviyyəsinin, idarəetmə və çevik qərar qəbuletmə vərdişlərinin inkişaf etdirilməsidir. Təlim çərçivəsində “Həyəcan” siqnalı ilə qaldırılan bölmələr cəmləşmə rayonlarını tutub və təlim planına uyğun qruplaşmalar yaradılıb.
Laçındakı hərbi təlim oktyabrın 19-da başlayıb. Bundan əlavə, Xüsusi Təyinatlı Qüvvələrin 14 oktyabrda başlayan taktiki-xüsusi təlimi davam edir. Təlim çətin keçidli dağ və qayalıq ərazilərdə gecə şəraitində keçirilir.