Laçın rayon sakinində tapança aşkarlanıb. Bu barədə 14 aprel tarixində Report məlumat verib.
Məlumata əsasən, polis əməkdaşları tərəfindən rayon sakini saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman “Mauser” markalı tapança və 35 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.