Laçında sentyabrın 20-də ilk dəfə əmək yarmarkası keçiriləcək. Bu barədə 15 sentyabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Şəhərin Seyrangah ərazisində təşkil olunacaq məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə 20 müəssisə tərəfindən müxtəlif istiqamətlər üzrə 130 vakansiya təqdim ediləcək.
Yarmarka Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil olunacaq.
Tədbir saat 10:00-dan 13:00-a kimi davam edəcək.