Rusiyanın Moskva şəhərində bir kişi qarışıq maddə dolu butulkanı bolşeviklərin və kommunistlərin lideri olmuş Vladimir İliç Leninin mavzoleyinə tullayıb. Bu barədə 18 iyul tarixində Report xarici KİV-yə istinadən məlumat verib.
Bildirilib ki, onun məqbərəni yandırmaq cəhdi baş tutmayıb. “Molotov kokteyli” səki daşlarına dəyərək alışıb. Məlumata görə, kişi hadisə yerində saxlanılıb. Ona qarşı inzibati iş açılıb. Bu gün onun mühakimə olunacağı gözlənilir.
Qeyd edək ki, bu, Leninin mavzoleyinə qarşı törədilən ilk hadisə deyil.