Aktyor Leonardo Di Kaprio ilə model Vittoria Çerettinin nişanlandığı iddia edilir.
İnsanoid.com xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Qeyd edək ki, nə Di Kaprio, nə də Çeretti bu xəbərlə bağlı açıqlama verməyiblər.
Xatırladaq ki, Leonardo Di Kaprio və Vittoria Çeretti uzun müddətdir birlikdə görüntülənirlər. Onların münasibətdə olduğu ilə bağlı ilk şayiələr 2023-cü ilin may ayında, Kannda gəzinti zamanı birlikdə görüntüləndikdən sonra yayılmağa başlayıb. Daha sonra cütlük dizayner Rikardo Tiçinin ad günü mərasimində də birgə görünüb.