Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Lerik və Ağcabədidə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşlər keçirilib. Bu barədə 24 dekabr tarixində Agentliyinin rəsmi səhifəsində məlumat yayılıb.
Görüşlərin məqsədi sahibkarları aqrar sahədə mövcud dövlət dəstəyi mexanizmləri və yeniliklər barədə məlumatlandırmaq, problemlərini və təkliflərini dinləməkdir.
Görüşlərdə sahibkarlara dövlətin güzəştli kreditlərindən istifadə imkanları, aqrar sahə üçün subsidiyalar, sığorta, KOBİA-nın fermerlərə göstərdiyi dəstək və xidmətlər barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.