Lerikdə qanunsuz kömür quyusu aşkarlanıb. Bu barədə 19 iyul tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat verib.
Rayonun ərazisində, vətəndaşın həyətyanı sahəsində ağac kömürü istehsal edilən kömür quyusu aşkar edilib. Araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxsin Lerik rayonunun Hovil kənd sakini Qədir Quliyev olduğu müəyyən edilib.
“Qanunsuz kömür istehsal edən şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb, kömür quyusu isə ləğv olunub”, - məlumatda bildirilib.