“Əlil sahibkarlara dəstək” layihəsinə start verilib. Bu haqda 3 dekabr tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat verib.
Layihənin məqsədi sağlamlıq imkanları məhdud şəxslərin sosial sahibkarlıq fəaliyyətini təşviq etməkdir.
Sözügedən layihə çərçivəsində sahibkarlıq fəaliyyətinə maraq göstərən şəxslər xalçaçılıq, dərzi, foto və video operator, məişət və elektron avadanlıqların təmiri sahəsində biliklərə yiyələnəcəklər. Həmçinin iştirakçılar üçün peşə təlimləri, biznes planın hazırlanması və sahibkarlıq fəaliyyətinin idarə olunması istiqamətlərində məsləhət xidmətləri göstəriləcək. Təlimləri uğurla bitirən şəxslərə müvafiq avadanlıqlar veriləcək.
Dekabrın 3-ü dünyada “Beynəlxalq Əlillər Günü” kimi qeyd olunur.