Əlilliyi olan şəxslərə illik sosial ödəniş xərcləri son 4 ildə 65% artıb. Bu barədə 7 dekabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsi məlumat verib.
Artım 736 milyon manat təşkil edib. Pensiyalar üzrə artım 44%, əlilliyə görə müavinətlər üzrə 2,6 dəfə, xüsusi kateqoriyalara aid əlilliyi olan şəxslərə ödənilən təqaüdlər üzrə 4 dəfə artım olub. Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial ödənişlər üzrə isə illik xərclər 54% artıb.