İsmayıllı rayonunun Aşıqbayramlı kənd sakini çayda boğularaq ölüb. Bu haqda martın 24-də APA məlumat verib.
1964-cü il təvəllüdlü Zahidov Vaqif Böyükağa oğlu kiçik dağ çayında əlini yumaq istəyərkən ehtiyatsızlıqdan sürüşərək suya düşüb. Köməksiz vəziyyətdə qalan kənd sakini boğularaq dünyasını dəyişib. Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.