Argentina millisinin və ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messi velosiped biznesinə başlayır.
Bu barədə "Relevo" nəşri məlumat yayıb.
37 yaşlı hücumçu layihəni yaxın aylarda gerçəkləşdirməyi planlaşdırır. O, adı hələlik açıqlanmayan məşhur velosipedçi ilə biznesə başlayacaq.
Velosipedin qiyməti təxminən 10-15 min avro aralığında dəyişəcək.