İndiyədək sənaye zonalarında 5 milyard manatdan çox məhsul istehsal edilib. Bunun təxminən 28%-lıq hissəsi ixrac edilib. Bu haqda 12 noyabr tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarov öz Twitter hesabında paylaşım edib.
Ötən ilin 9 ayı ilə müqayisədə bu il sənaye zonalarında məhsul istehsalı 50%-dən çox, ixracı isə iki dəfədən çox artıb. Qeyd edilən dövrdə sənaye zonalarının qeyri-neft məhsulları istehsalındakı payı 14%, ixracındakı payı isə 26% təşkil edib.
… manatdan çox, ixrac isə 2 dəfə artımla 545 mln. manat təşkil edib. Bu dövrdə #sənayezonaları-nın #qeyrineftsənayesi məhsulları istehsalında xüsusi çəkisi 14,3%, ixracında 25,9% olub.#İqtisadiyyat #EconomyAz pic.twitter.com/0dP5jf9qun
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 12, 2021