Baş Prokurorluq tərəfindən Xaçmaz, Siyəzən, Zaqatala, Oğuz və Samux rayonlarında 5 cinayət işi başlanılıb. Baş Prokurorluqdan martın 18-də verilən məlumata görə, dövlət mülkiyyətində olan, xüsusilə də qorunan ərazilərdə, həmçinin bələdiyyələrin mülkiyyətində olan ərazilərdə ağacların kəsilməsi faktları aşkarlanıb. Vəzifəli şəxslərin vəzifələrindən sui-istifadə etməsi nəticəsində yol verilməsi müəyyən edildiyindən Cinayət Məcəlləsinin 259.1, 259.2.4 və 308.1-ci maddələri ilə cinayət işləri başlanılıb.