Lökbatan dairəsində zəncirvari qəza baş verib. Bu haqda aprelin 19-da APA məlumat yayıb.
Üç avtomobilin toqquşması ilə baş verən qəzada xəsarət alan olmayıb. Lakin hər üç avtomobilə ciddi ziyan dəyib. İlkin məlumata əsasən, hadisəyə “Mercedes” markalı avtomobil səbəb olub.
Hazırda həmin yolda tıxac müşahidə edilir.