Rusiyanın “Lukoil” neft-qaz şirkəti Xəzər dənizində yerləşən “Şahdəniz” yatağı üzrə mövcud payından razıdır. Bu barədə 17 dekabr tarixində şirkətin prezidenti Vahid Ələkbərova istinadən TASS məlumat yayıb.
Onun sözlərinə görə, şirkət BP-nin operator missiyasını necə yerinə yetirməsindən razıdır və layihədə daha böyük pay almaqla layihənin operatoru olmağa çalışmayacaq.
Qeyd edək ki, bir müddət öncə “Lukoil” şirkəti sözügedən layihədə “Petronas” şirkətinin 9,99% payını alıb. Razılaşma artıq imzalanıb və ödənişi növbəti ilin ilk rübündə həyata keçiriləcək.