Hərbi qulluqçularımızın həlak olması barədə Ermənistan tərəfinin yaydığı təxribat xarakterli xəbərlər yalandır. Bu barədə Müdafiə Nazirliyi martın 24-də məlumat yayıb.
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə guya PUA-ların istifadə edilməsi ilə silahlı toqquşmanın baş verməsi nəticəsində hərbiçilərimiz həlak olub.
Bildirilib ki, bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir.