Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bu barədə martın 14-də APA xəbər verib.
F. Mirzəyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, külli miqdarda mənimsəmədə təqsirləndirilir.
Sabiq idarə rəisi Cinayət Məcəlləsinin 179.4-cü maddəsinə əsasən, ittiham olunub.
Fikrət Mirzəyev 2 il əvvəl vəzifəsindən azad edilib.